Sabiq nazir qadağa qoydu: - “Mənim evimdən hündür villa ola bilməz” - VİDEO
Cəmiyyət | 08.10.2018 11:39
348

Sabiq nazir qadağa qoydu: - “Mənim evimdən hündür villa ola bilməz” - VİDEO

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun Sahil qəsəbəsində özünü hər kəsdən üstün gördüyü azmış kimi evinin də ən hündür olmasını tələb edir.

Yol kəsmək, dəniz sahilini işğal etmək azmış kimi sabiq nazir onun evindən hündür evin tikilməsinə də qadağan edib. Belə ki, Sahil qəsəbəsinin sakinlərinin iddalarına görə, Füzuli Ələkbərov qeyri-rəsmi qadağa qoyub ki, onun villasından hündür qəsəbədə villa tikilə bilməz.

Hətta sabiq nazirin bu istəyi sabiq icra başçısının villasının yarımçıq qalmasına səbəb olub. Qaradağ Rayon İcra hakimiyyətinə 13 rəhbərlik etmiş Yaqub Əliyevin Sahil qəsəbəsində tikdirdiyi villa yarımçıq dayandırılıb. Buna səbəb kimi isə Füzuli Ələkbərovun qadağasının olması göstərilir. Beləcə sabiq nazir, sabiq icra başçısını özündən hündürə qalxmasına əngəl olur.

Qeyd edək ki, Füzuli Ələkbərovun oğlu və dostları İsmayıllı əhalisini söyərək təhqir etdiyi üçün rayonda ciddi ixtişaşlar baş vermişdi. Sahil qəsəbəsində Ələkbərovların bu oyunu da Sahil ixtişaşlaarının yarana biləcəyini ortaya qoyur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...