"Dünya uşaqların gözü ilə-2" adlı tədbiri baş tutacaq
Cəmiyyət | 28.11.2018 11:41
84

"Dünya uşaqların gözü ilə-2" adlı tədbiri baş tutacaq

9-15 yaşlı uşaqların müxtəlif mövzularda öz fikirlərini bölüşəcəyi "Little Voice Azerbaijan" layihəsinin "Dünya uşaqların gözü ilə-2" adlı tədbiri baş tutacaq.
 
Brifinq.com bildirir ki,  artıq 2 ildir ki, həyata keçirilən layihənin əsas məqsədi uşaqlar arasında istedadlı şəxslərin aşkar edilməsi, onların nitq qabiliyyətlərinin inkişafına dəstək göstərərək sabahın gənc spikerləri kimi formalaşması və ümumilikdə cəmiyyətdə sağlam ruhlu gənc istedadların üzə çıxarılmasına, yetişməsinə dəstək göstərməkdən ibarətdir. 

Tədbirdə tamaşaçı qismində iştirak üçün qeydiyyatdan keçmək mütləqdir: https://goo.gl/o4dpQu 

Gəlin, bir günlük də olsa, dünyaya uşaqların gözü ilə baxaq!
 
Qeyd edək ki, layihə ABŞ- ın Azərbaycandakı səfirliyi, Engineering For Kids, Kürdəmir Amerika Mərkəzi, "TEAS Press" nəşriyyat evinin "3 alma" uşaq ədəbiyyatı və NİNKA cards tərəfdaşlığı ilə həyata keçirilir. 
 
Tədbir 2 dekabr, saat 12:00-da, Bakı Oksford Məktəbində baş tutacaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...