Bu ailələrin hər birinə 100 manat bayrampulu veriləcək - SƏRƏNCAM
Cəmiyyət | 20.12.2018 10:02
330

Bu ailələrin hər birinə 100 manat bayrampulu veriləcək - SƏRƏNCAM

Azərbaycanda kasıblara 100 manat veriləcək. Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında" sərəncam imzalayıb. "Marja" xəbər verir ki, Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etməlidir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...