İlin ən yaxşı futbolçusu adına üç namizəd - Ronaldu, Qrizman və Messi
İdman | 02.12.2016 21:37
378

İlin ən yaxşı futbolçusu adına üç namizəd - Ronaldu, Qrizman və Messi

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.

Brifinq.com AZƏRTAC-a  istinadla xəbər verir ki, final üçlüyünə Madridin "Real" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu, Madridin "Atletiko" komandasının və Fransa yığmasının hücumçusu Antuan Qrizman, "Barselona"nın və Argentina komandasının hücumçusu Lionel Messi daxildir.

Namizədlər arasında favorit ötən mövsümdə "Real"ın heyətində Çempionlar Liqasının qalibi və Portuqaliya millisinin tərkibində Avropa çempionu olmuş Kriştiano Ronaldu hesab edilir.

Bu gün FIFA, həmçinin 2016-cı ilin ən yaxşı məşqçisi adına namizədləri də elan edib. Onlar "Lester" komandasını İngiltərə Premyer-liqasında sensasiyalı çempionluğa gətirib çıxarmış italiyalı Klaudio Ranieri, Avropa çempionu olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş və "Real"ın baş məşqçisi Zinəddin Zidandır.

Ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...