Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir
İdman | 04.12.2016 12:31
503

Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir

Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.

Brifinq.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.

Məlumata görə, Almaniya yığmasının yarımmüdafiəçisi  Məsut Özil, Portuqaliya millisinin müdafiəçiləri Pepe və Rikardu Karvalyu, məşhur kolumbiyalılar Hames Rodriqes və Radamel Falkao vergidən yayınmaqda şübhəli bilinirlər.

Özildən başqa adıçəkilən futbolçular tanınmış futbol agenti Jorj Mendeşin müştəriləridir. İddiaya əsasən, fırıldaqçılıq sxeminin müəllifi məhz J.Mendeşdir.

Madridin “Real” klubu və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu vergidən yayınmaqda şübhəli bilir.

APA-ya  istinadən verilən xəbərə görə, bu barədə “Spiegel” yazıb.

K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə  150 milyon avronu vergidən gizlədib.

Araşdırmanın müəllifləri Avropada fəaliyyət göstərən, müasir futbolda maliyyə fırıldaqlarını ifşa edən  “Footbal Leaks” birliyinin üzvləridir. 

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...