Karyakin Kasparovdan danışdı - İt hürər, karvan keçər
İdman | 05.12.2016 23:16
579

Karyakin Kasparovdan danışdı - İt hürər, karvan keçər

Rusiyalı qrossmeyster Sergey Karyakin norveçli Maqnus Karlsen ilə şahmat tacı uğrunda mübarizəsinə dair şahmat üzrə sabiq dünya çempionu Harri Kasparovun tənqidinə cavab verib. 

Brifinq.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“İt hürər, karvan keçər. Mənim işim şahmat oynamaqdır. Tənqid hər zaman olacaq. Hətta Maqnus Karlsenin də tənqidçiləri var. Mən necə oynayıram oynayım, tənqidçilər hər zaman olacaq”, - Karyakin deyib. 

Dekabrın 1-də Kasparov öz “Twitter” hesabında Karlseni təbrik edib, Sergey Karyakinin oyununu isə sönük adlandırıb. 

Dünya çempionu titulu uğrunda oyun noyabrın 11-dən 30-na qədər Nyu-Yorkda keçirilib. Rəqiblər 12 əsas partiya üzrə qalib müəyyən edə bilməyiblər, titulun taleyini tay-breyk həll edib, burada güclü Karlsen olub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...