Tanınmış futbolçu karyerasını bitirdi
İdman | 28.12.2016 13:50
112

Tanınmış futbolçu karyerasını bitirdi

"River Pleyt"in hücumçusu Fernando Kavenagi karyerasını bitirmək qərarına gəlib.

Brifinq.com apasport.az-a istinadən xəbər verir ki, argentinalı 33 yaşında bu fikrə gəlib.

Karyerasının böyük hissəsini Avropada keçirən, "Bordo", "Vilyarreal", "Malyorka" kimi klubların formasını geyinən tanınmış futbolçu dördqat Argentina çempionu olub, həmçinin Libertadores Kubokunu, Fransa və Kipr çempionluqlarını qazanıb.
 
Qeyd edək ki, Fernando Kavenagi karyerası ərzində Argentina millisinin heyətində 4 oyun keçirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...