Elxan Abdullayev Ramil Şeydayev üçün Türkiyədə
İdman | 29.12.2016 10:55
56

Elxan Abdullayev Ramil Şeydayev üçün Türkiyədə

"Neftçi" qış transfer pəncərəsində heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

Brifinq.com sportal.az-a istinadən xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev "Trabzonspor"da əsas heyətə düşə bilməyən Ramil Şeydayevin transferi üçün Türkiyədədir. Mütəxəssis gənc futbolçunu "Neftçi"də oynaması üçün razı salmağa çalışacaq. Elxan Abdullayev Trabzon klubunun rəhbərliyi və milli komandamızın üzvüylə danışıqlar aparacaq.

Bir müddət əvvəl Türkiyə mətbuatında Qara dəniz təmsilçisinin Şeydayevi "Neftçi"yə göndərməyə hazır olduğu haqda məlumatlar yayılmışdı. Abdullayev gənc forvardın saqqızını oğurlaya bilsə, Şeydayev "Neftçi"də çıxış edəcək.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?