Güləşçimiz bütün yarışlardan kənarlaşdırıldı - VİDEO
İdman | 05.01.2017 20:36
160

Güləşçimiz bütün yarışlardan kənarlaşdırıldı - VİDEO

Dünya Güləş Birliyi (UWW) qanında qadağan olunmuş maddələrin aşkarlanması ilə əlaqədar yunan-roma güləşçimiz Zubair Dibirovu diskvalifikasiya edib.

Brifinq.com AzVision.az-a istinadən xəbər verir ki, Fransada gənclər arasında keçirilən dünya çempionatında götürülən test müsbət nəticə verib. 

Bu səbəbdən 74 kq çəki dərəcəsində çıxış edən Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. 

Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...