Azərbaycanda klub prezidenti həbs olundu
İdman | 09.01.2017 10:31
143

Azərbaycanda klub prezidenti həbs olundu

Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edən "Şərurspor"un prezidenti Sərdar Bağırov saxlanılıb. 

Brifinq.com football-plus.az-a istinadən xəbər verir ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Klub prezidenti günahının olmadığını sübuta yetirə bilsə, yaxın günlərdə azadlığa buraxıla bilər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...