"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq
İdman | 23.08.2017 12:34
778

"Qarabağ" Çempionlar Liqasında tarixi oyuna çıxacaq

Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında (ÇL) tarixi oyuna çıxacaq. 

Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kopenhagen"i ilə “pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək. 

Tarixində ilk dəfə ÇL-in “pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq. 

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ötən həftə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş qarşılaşmada Mahir Mədətovun 25-ci dəqiqədə vurduğu qolla qalib gələrək üstünlük əldə edib. İndi ÇL-in qrupuna düşmək üçün 1:2-dən başlayaraq istənilən minimal fərqli məğlubiyyət də Ağdam klubunun işinə yarayır. 

Çempionlar Liqası 
“Pley-off” mərhələsi, cavab oyunu 
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) 
Baş hakim: Alberto Undiano Malyenko 
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Raul Kabanyero Martines 
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines 
Dördüncü hakim: Dieqo Barbero Sevilya (hakimlər briqadası İspaniyadandır) 
Hakim-inspektor: Alfredo Trentalanye (İtaliya) 
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya) 
Kopenhagen. “Parken” stadionu 
İlk oyun – 0:1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...