""Qarabağ" heç kimə asan təslim olmayacaq"
İdman | 27.08.2017 17:06
236

""Qarabağ" heç kimə asan təslim olmayacaq"

İtaliya A seriyasının 2-ci turunda evdə "İnter"i qəbul edən "Roma" 1:3 hesabı ilə uduzub.

Brifinq.com goal.az-a istinadən xəbər verir ki, "canavarlar"ın baş məşqçisi Eusebio Di Françesko matçdan sonrakı açıqlamasında yenilginin səbəblərini aydınlaşdırıb. 

"Yaxşı oynasaq da, uğurlu nəticə qazanmadıq. Müdafiə xəttində etdiyimiz səhvlərə görə uduzduq. Yaxşı oyunun qarşılığnda bu cür səhvlər bağışlanılmazdır. Oyuna nəzarət edən tərəf biz olsaq da, fürsətləri əldən verdik".

O, Çempionlar Liqasında komandasının yer aldığı C qrupu və"Qarabağ" barədə fikirlərini də bölüşüb.

"Asan qrupa düşməmişik. Rəqiblərimiz kifayət qədər səviyyəlidir. "Atletiko" son zaman ÇL-də uğurlu çıxış edir. "Çelsi" isə Kontenin rəhbərliyi altında uğurlu çıxış edir. "Qarabağ" zəif komanda hesab edilə bilər, ancaq düşünürəm ki, onlar asan şəkildə heç bir komandaya təslim olmayacaq".

"Roma" qrupda ilk olaraq "Atletiko"ilə qarşılaşacaq. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...