“Qarabağ” yeni hücumçu transfer etməyə hazırlaşır
İdman | 31.08.2017 14:11
1200

“Qarabağ” yeni hücumçu transfer etməyə hazırlaşır

“Transfer pəncərəsi”nin son günündə fəallığını artıran “Qarabağ” hücum xəttini gücləndirməkdə israrlıdı.

Brifinq.com apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu ölkədə çıxış edən daha bir oyunçunun keçidini həll etmək niyyətindədi.

PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni icarəyə götürməyə hazırlaşan Azərbaycan çempionu “Olimpiakos”un hücumçusu Kərim Ansarifard üçün də qarşı tərəflə danışıqlar aparır.

Klubunda əsas heyətə düşə bilməyən 27 yaşlı forvard özü də bu keçidin tərəfdarıdı. Çünki Ansarifard gələn il keçiriləcək dünya çempionatında İran millisinin düşərgəsinə hazır yollanmaq istəyir. “Qarabağ” Pedro kimi, onu da icarəyə götürmək niyyətindədi.

Qeyd edək ki, “Olimpiakos”a bu ilin yanvarında “Panionios”dan keçən Kərim Ansarifardın klubla müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...