“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı - RƏSMİ
İdman | 31.08.2017 21:12
689

“Qarabağ” braziliyalı futbolçunu heyətinə qatdı - RƏSMİ

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Brifinq.com xəbər verir ki, Ağdam təmsilçisi PAOK-un hücumçusu Pedro Enrikeni heyətinə qatıb. Klublar arasında uzun müddətdir aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. Razılığa əsasən, birillik icarəyə götürülən futbolçu özünü doğrulda bilsə, “Qarabağ” onu gələn il 2 və ya 2,5 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq. Qeyd edək ki, Pedro Enrike Konzen Medina da Silva PAOK-a keçən il “Renn” klubundan keçib. Braziliyalı hücumçu ötən mövsüm Yunanıstan klubunun heyətində 26 matçda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...