Norveç millisinin futbolçusu "Qarabağ"da - RƏSMİ
İdman | 01.09.2017 23:26
2762

Norveç millisinin futbolçusu "Qarabağ"da - RƏSMİ

“Qarabağ” transfer pəncərəsinin son günündə heyətini daha bir futbolçu ilə gücləndirib. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi “Olimpiakos”un yarımmüdafiəçisi Tarik El Yunussini icarəyə götürüb. Norveç millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında “Qarabağ”da oynayacaq. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir. Qeyd edək ki, 28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında oynayıb. Ötən ilin yayında isə El Yunussi “Olimpiakos”atransfer olunub. Norveç millisi ilə 43 oyuna çıxan Tarik el Yunussi 9 qol vurub. Xatırladaq ki, Enrike "Qarabağ"ın yay transfer pəncərəsində etdiyi 7-ci transferdir. Ağdam klubu buna qədər Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski ("Şaxtyor"), Yakub Rzejniçak ("Legiya"), Donald Gerye ("Alanyaspor") və Ramil Şeydayev ("Trabzonspor") və Pedro Enrikeni (PAOK) heyətinə cəlb edib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...