Millimizdən ardıcıl 4-cü məğlubiyyət - NORVEÇƏ DƏ UDUZDUQ - VİDEO
İdman | 02.09.2017 09:33
578

Millimizdən ardıcıl 4-cü məğlubiyyət - NORVEÇƏ DƏ UDUZDUQ - VİDEO

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. 

Qol.az xəbər verir ki, yığmamız tsikldəki yeddinci oyununda səfərdə Norveçlə üz-üzə gəlib. 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rəqib ilk qolu penaltidən vurub. Millimizin kapitanı Rəşad Sadıqovun avtoqolu isə matçın yekun nəticəsini müəyyənləşdirib. Bu, millimizin seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətidir.

Qeyd edək ki, C qrupunun digər oyununda Almaniya Çexiyaya (2:1), Şimali İrlandiya isə San Marinoya (3:0) qalib gəlib.

Bu nəticələrdən sonra millimiz turnir cədvəlində bir pillə geriləyərək 5-ci yerə düşüb.


DÇ-2018, seçmə mərhələ

VII tur

1 sentyabr

C qrupu

22:45. Norveç - Azərbaycan - 2:0 
Qol: Coşua Kinq, 32-pen. Rəşad Sadıqov, 60-avtoqol
Qırmızı vərəqə: Bədavi Hüseynoov, 90 (Azərbaycan)
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Robert Marcin Boniek,  Dawid Golis
Dördüncü hakim: Bartosz Frankowski (Hakimlər Poşadandır)

22:45. Çexiya - Almaniya - 1:2

22:45. San Marino - Şimali İrlandiya - 0:3

 

N

Komanda

O

Q

H

M

 T/F

X

1

Almaniya

7

7

0

0

29-2

21

2

Ş. İrlandiya

7

5

1

1

14-2

16

3

Çexiya

7

2

3

2

10-7

9

4

Norveç

7

2

1

4

8-10

7

5

Azərbaycan

7

2

1

4

3-11

7

6

San Marino

7

0

0

7

1-33

0


 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...