Qurban Qurbanov dünyaya dərs verdi - Türk mediası
İdman | 13.09.2017 18:54
1121

Qurban Qurbanov dünyaya dərs verdi - Türk mediası

Türkiyənin “Yeni Şəfəq” qəzeti Qarabağın baş məşqçisi Qurban Qurbanovun “Çelsi” ilə oyundan sonrakı açıqlamasını dünyaya dərs kimi qiymətləndirib.

Axar.az xəbər verir ki, qəzet “Qardaş baş məşqçidən Qarabağ dərsi” başlıqlı xəbərində Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında “Yəqin ki, Qarabağın tarixini eşitmisiniz. Təəssüf ki, torpağımız işğal altındadır və bu, bizi daha da gücləndirir”, - deməsini diqqətə çatdırıb.

“Qarabağ”ın güclü rəqibinə məğlub olduğunu yazan qəzet klubun hazırkı şərtlər altında Çempionlar Liqasının qrup mərhələsinə qalmasının tarixi uğur olduğunu yazıb.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...