Azərbaycanlı qapıçı İtaliya A Seriyasında?
İdman | 23.06.2018 18:52
1126

Azərbaycanlı qapıçı İtaliya A Seriyasında?

İtaliya A Seriyasında çıxış edən “Udineze” klubu azərbaycanlı qapıçı Emil Balayevi transfer etmək istəyir. Brifinq.com xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. İddialara görə, klubun “sükanı arxası”na keçməsi gözlənilən Çezare Prandelli Balayevin transferinə müsbət yanaşır. “Qalatasaray”ın sabiq baş məşqçisi olan Prandelli millimizin üzvünü vaxtilə Almaniyanın “Ayntraxt” klubundakı çıxışından tanıyır. Balayev vaxtilə Türkiyə nəhənglərinin də diqqət mərkəzində olmuşdu. Lakin o, 2015-ci ildə məhz Frankfurt klubundan aldığı təklifi müsbət qəbul edərək, Almaniyaya üz tutmuş və 2 il orada çıxış etmişdi. Qeyd edək ki, Balayev hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”də forma geyinir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...