Həbibə çempionluq kəmərinin verilməsindən imtina edildi - SƏBƏB - VİDEO
İdman | 07.10.2018 17:09
685

Həbibə çempionluq kəmərinin verilməsindən imtina edildi - SƏBƏB - VİDEO

UFC-nin prezidenti Deyna Uayt Həbib Nurməhəmmədova çempionluq kəmərini verməkdən imtina edib. 

Brifinq.com-un məlumatına görə, bu qərar görüşdən sonra yaranan gərginliyə görə verilib. 

Həbib qazandığı kəməri daha sonra ala biləcək.

 

Qeyd edək ki, döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.


Eyni zamanda, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.

Sonda qalib Həbib Nurməhəmmədov elan olunsa da, ona çempion kəməri təqdim edilməyib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...