Məşhur "KFC"dən - YENİLİK
Texnologiya | 24.12.2016 10:50
287

Məşhur "KFC"dən - YENİLİK

Bu dəfə "KFC"-nin Çin filialı fərqlənib. Belə ki, sözügedən filial, interaktiv köşkü olan "ağıllı" restoranını istifadəyə verib. Həmin restorandakı interaktiv köşk, müştərilərin xarici görünüşlərinə əsaslanaraq onlar üçün ən optimal yemək menyusunu təqdim edir. Öz layihəsinin reallaşdırılması üçün "KFC" Çinin "Baidu" adlı axtarış şirkəti ilə əməkdaşlıq edib. Kameralı və avtomatlaşdırılmış görmə sistemli terminal, müştərinin təqribi yaşını və cinsini təyin edir. Bununla yanaşı o, müştərinin üz ifadəsinə görə onun əhvalının necə olmasını da təyin edə bilir.

Bu məlumatlar isə öz növbəsində müştəri üçün ən optimal menyunu təyin etməkdə köməklik edir. Məsələn, 20 yaşlı gənc oğlana böyük yemək menyusu, səhər radələrində restorana gəlmiş 50 yaşlı qadına isə düyü sıyığı və soya südü (söhbət Çindən gedir) təklif olunacaq. Sözügedən "KFC" filialı öz mütəmadi müştərilərinin sifarişlərini yadda saxlayır və həmin müştərilər yenidən restorana gələndə terminal onların sevdikləri yeməkləri təqdim edir. Müştərinin özü isə terminalın təklif etdiyi menyu ilə razılaşmayaraq öz istəyinə görə digər menyunu seçə bilər. Hələki bu cür "ağıllı" restoran yalnız Pekində fəaliyyət göstərir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...