Microsoft dünyada ilk trilyon dollarlıq şirkət - ola bilər
Texnologiya | 26.12.2016 23:05
108

Microsoft dünyada ilk trilyon dollarlıq şirkət - ola bilər

Texnologiya inkişaf etdikcə texnoloji şirkətlərin də qiymətləri qalxmaqda davam edir. Equities.com-un analitiki Michael Markowskinın sözlərinə görə "Microsoft" dünyada ilk trilyon dollar dəyərində olan şirkət ola bilər.

2015-ci ildə "Apple"-ın qiyməti 710 milyard dollar qiymətləndirilmiş və 700 milyard dollardan artıq qiymətləndirilən ilk şirkət olmağı bacarmışdı. Sonralar şirkət 775 milyard dollar dəyərə qədər yüksəlsə də hal-hazırda dəyəri 617 milyard dollar təşkil edir. "Apple"-dan sonra isə bu siyahını 548 milyard dollar dəyərində olan "Alphanet" davam etdirir. Digər dünyaca məşhur texnologiya nəhəngi "Microsoft" 492 milyard dollar, "Amazon" 359 milyard dollar və "Facebook" 333 milyard dollar dəyərə malikdir.

"Apple", "Alphanet", "Microsoft", "Amazon" və "Facebook" dünya üzrə ən böyük 5 texnologiya nəhəngi hesab olunur. "Microsoft" bu siyahıda üçüncü yerdədir. Amma iddialar məhz bu şirkətin dünyada ilk trilyon dollarlıq şirkət olacağı istiqamətindədir.

Markowskiyə görə "Microsoft" kimi bir şirkətin belə bir şansı daha yüksəkdir. Bu işdə "Microsoft"-un LinkedIn-i alması da böyük rol oynayır.

"Microsoft" bunun üçün 26 milyard dollar pul ödəmişdi. Açıqlamaya görə sosial media gəlirləri hal-hazırda daha yüksək qiymətləndirilməkdədir. "Microsoft"-un LinkedIn-i almasıyla hər bir LinkedIn abunəsi üçün sadəcə 60 dollar ödədiyi, "Facebook"-un isə platformasındakı sosial media istifadəçilərinin hər biri üçün ortalama 218 dollar ödədiyi də verilən məlumatlar arasında yer almaqdadır.

Şirkət öz dəyərini 1 trilyon dollara çatdırmaq üçün hissə qiymətlərini 2 qatına çatdırmalı və o cümlədən LinkedIn-dəki mövcud 433 milyon istifadəçi sayını 2020-ci ilədək 700 milyona yüksəltməlidir.

Analitikə görə bu işdə "Microsoft"-un tək rəqibi "Alphanet" hesab oluna bilər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...