1 milyard insanın internet hesabı təhlükədə - Şifrələriniz satışa çıxarıldı
Texnologiya | 28.12.2016 04:00
257

1 milyard insanın internet hesabı təhlükədə - Şifrələriniz satışa çıxarıldı

Hakerlər tərəfindən ələ keçirilən 1 milyarddan çox “Yahoo” istifadəçisinin hesabı internetdə satışa çıxarılıb.

Brifinq.com Publika.az-a istinadən xəbər verir ki, internetin “qara bazar”ında satışa çıxarılan hesablar ümumilikdə 300 dollara satılır. Bir hesabın qiyməti 0.0003 dollar edir. Artıq 3 alıcının istifadəçinin hesabları almaq istədiyib, onların hər biri 300 min dollar ödəyəcək.

Satışa çıxarılan məlumatlar arasında şifrələnmiş adlar, doğum tarixləri və telefon nömrələri var. Hətta internet şifrələri də daxil olmaqla 500 milyon insanın şəxsi məlumatları da təhlükədədir. Hesabı oğurlananlar arasından əsgər və dövlər işçilərinin payı milyondan çoxdur. Bu məlumatlar dövlətlərin təhlükəsizliyi üçün də təhdid hesab edilir.

Yahoo şirkəti isə hələ ki, iddiaları qəbul etməyib. Bu hadisənin isə bu hadisənin şirkətin satışına təsir edəcəyi gözlənilir. 2014-cü ildə də 500 milyon istifadəçinin hesabı hak olunmuşdu. Bu şirkətin imicinə ciddi ziyan vurmuş və satışlara da təsir göstərmişdi.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...