"Windows"dan daha bir - YENİLİK
Texnologiya | 29.12.2016 21:44
89

"Windows"dan daha bir - YENİLİK

"Windows" ilə bağlı problem yaşayarkən görməkdən ən çox qorxduğumuz rəng olan mavi yerini yaşıla təhvil verdi.

Sistemin çökdüyünə işarət edib, "Windows" istifadəçilərinin başını kifayət qədər ağrıdan mavi ekran artıq tarixə qovuşdu. Tarixə qovuşdu ifadəsini müsbət mənada işlətmirik. Yəni "Windows" əməliyyat sisteminin artıq qüsursuz olduğunu və çökməyəcəyini nəzərdə tutmuruq. Mavi ekran sadəcə formasını dəyişdi və yerini yaşıl ölüm ekranına təhvil verdi. Microsoft layihə idarəçisi Marrhijs Hoekstra dəyişikliyin ipuclarını "Twitter" hesabında verib. Sonunda da iddiaları rəsmi olaraq təsdiqlədi. 
 
 
"Microsoft"-un mavi rəng yerinə niyə yaşılı seçdiyi isə tam bir müəmmadır. Bəzi iddialarda isə "Microsoft"un problemi asanlıqla tapmaq üçün yaşılı seçdiyini bildirilir. Ancaq mavi ekran ilə yaşıl ekran arasında rəng xaric nə kimi bir fərq var əmin deyilik. Amerikalı şirkət "Windows 8"-də mavi ölüm ekranından xilas olmaq üçün QR kodları ilə bir yenilənmə etmiş və böyük ölçüdə uğurlu da olmuşdu.
Son "Windows 10" yenilənməsinin gələcək aydan əvvəl paylaşılması gözlənilmir. Sızdırılan məlumatlar: 
Yenilənmə ilə Cortana sisteminin inkişaf edəcəyi, "Microsoft Edge" bölmələrində düzəlişlər ediləcəyi və "Xbox Game Mode"-un daha da professionalaşdırılacağı barədədir. (technote.az)

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...