2016-cı ilin ən məşhur - tətbiqləri
Texnologiya | 30.12.2016 14:28
74

2016-cı ilin ən məşhur - tətbiqləri

"Nielsen" analitik şirkəti 2016-cı ilin maraqlı statistikasını dərc edib.

2016-cı ilin ən məşhur tətbiqləri siyahısındakı 10 tətbiqdən 8-i "Facebook" və "Google" şirkətlərinə məxsusdur.

Brifinq.com Technote.az-a istinadən xəbər verir ki, birinci yeri ay ərzində 146 milyon istifadəçisi ilə "Facebook" sosial şəbəkəsinin tətbiqi tutub. Bu göstərici isə keçən ilkindən 14% böyükdür. İkinci yerdə isə 130 milyon istifadəçisi ilə "Facebook Messenger" qərarlaşıb. İlk üçlüyü 114 milyon istifadəçisi ilə "YouTube" bağlayır. "Facebook" ilə "Google" şirkətlərinin tətbiqlərinin məşhur olduqlarını anlamaq çətin deyil. Belə ki, "Facebook" dünyanın ən böyük sosial şəbəkəsidir. "Instagram"-dan istifadə edənlərin isə gündən günə sayı artır. Bu isə onu dünyanın ən böyük fotoservisi edir. "Google"-a gəldikdə isə onun tətbiqləri bütün Android smartfonlarda öz əksini tapır və ham onlardan istifadə edir. Sözügedən siyahı ilə aşağıdan tanış ola bilərsiniz.

 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...