"İphone" istifadəçilərinin - nəzərinə - VİDEO
Texnologiya | 30.12.2016 16:32
95

"İphone" istifadəçilərinin - nəzərinə - VİDEO

Ağıllı telefon istifadəçiləri zamanla müxtəlif problemlərlə üzləşirlər. Bunlardan bir qismi virus xarakterli olsa da bəziləri "troll" məqsədilə yaradılır. Amma təbii ki, hər iki halda da istifadəçi bu vəziyyətlə bağlı problemlər yaşayır.

"İOS 8" versiyasında "İphone" istifadəçiləri problemlə üz-üzə qalmışdılar. Burda əsas problem istifadəçilərə məzmunu ərəbcə yazılar və işarələrlə dolu mesajların göndərilməsi idi. Hansı ki, istifadəçi bilinməyən mesajı açdıqda ciddi problemlə qarşılaşırdı. Yəni telefon donur və istifadəsi dayanır.

İndi də "İPhone" istifadəçiləri bənzər problemlər yaşamaqdadırlar. Bu yeni mesaj forması digərindən bir qədər fərqlənir. Belə ki, mesajın əsasını müəyyən qrup insanlara aid informasiyalar təşkil edir. İstifadəçi ona gələn bu mesajı açdıqda məlumat çox böyük olduğundan CPU həddən artıq yüklənir və mesajın xətalı olduğu haqda bildiriş gəlir. Burda işin qəliz tərəfi isə mesajı bağladıqda belə problemin həll olmamasıdır.

Bu mesaj Vincedes tərəfindən yaradılıb. Hətta Vincedes öz "YouTube" kanalında bununla bağlı video da yayımlayıb. (technote.az)

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...