Nuşirəvan Məhərrəmli - "Yeni kanallar açılmayacaq"
Texnologiya | 30.12.2016 16:42
81

Nuşirəvan Məhərrəmli - "Yeni kanallar açılmayacaq"

"Azərbaycanda televiziya və radio kanallarının sayı yetərincədir".

Bunu APA-nın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli yeni telekanalların açılması ilə bağlı quruma müraciətlərin olub-olmadığına dair sualını cavablandırarkən bildirib.
N. Məhərrəmli bildirib ki, yeni telekanalların açılmasına ehtiyac yoxdur: "Reklam bazarı da yeni telekanalların açılmasına heç imkan vermir".

N.Məhərrəmli Türkiyənin TRT1 telekanalının yayımı üçün Azərbaycanın yerli kanalları kimi eyni statusda olması ilə bağlı fikirlərə aydınlıq gətirib. Bunun üçün telekanalın “Teleradio” İstehsalat Birliyi ilə müqavilə bağlanmalı olduğunu deyib.

“Bu, bir maliyyə məsələsidir. Belə bir müqavilənin bağlanması gözlənilir. Onun sözlərinə görə, bu müqavilənin bağlanması ilə bağlı hər hansı problem yoxdur”.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...