"CNN"dən - növbəti diqqətsizlik
Texnologiya | 05.01.2017 18:06
81

"CNN"dən - növbəti diqqətsizlik

"CNN" rus hakerlərin Amerikaya kiber hücumu ilə bağlı video yayımlayıb. Amma sonradan bu videonun bir oyuna aid olduğu ortaya çıxıb.

"CNN" rus hakerlər haqda məlumat paylaşarkən ciddi səhvə yol verib. 30 dekabrda yayımlanan videonun əslində haker ilə heç bir əlaqəsi olmadığı, videonun "Fallout 4" oyununa aid olduğu ortaya çıxıb.

Bu haqda məlumat ilk olaraq "Reddit"-də bir istifadəçi tərəfindən paylaşılıb. Həmin şəxs bunun "Fallout 4"-də yer alan oyunun bir hissəsinə aid görüntü olduğunu vurğulayıb. Bu videonun diqqət toplamasının bir digər səbəbi Rusiyanın Amerikanın prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı görüntülər olması iddiasıdır.

"CNN"-in ciddi bir xəbər agentliyi olaraq belə əsassız video paylaşması istifadəçilərin etirazına səbəb olub.

"CNN" belə problemlə qarşılaşan ilk böyük telekanal deyil. Daha əvvəllər başqa bir tanınmış xəbər agentliyi "BMT" simvolu yerinə Halo-nun "UNSC" simvolunu səhvən istifadə edərək  müzakirələrə səbəb olmuşdu.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...