“Samsung Galaxy S8”in ilk real fotosu yayılıb - FOTOLAR
Texnologiya | 06.01.2017 11:58
136

“Samsung Galaxy S8”in ilk real fotosu yayılıb - FOTOLAR

Ənənəvi düymələrin yerində şirkət loqosu yer alır

CES 2017 beynəlxalq sərgisinin keçirildiyi bir zamanda “Samsung Galaxy S8” smartfonu barədə yeni məlumatlar şəbəkəyə sızıb. Cənubi Koreya istehsalçısının planları ilə tanış olan mənbələr yeniliyin təqdimatının aprelin 18-ə planlaşdırıldığını iddia edir. “Samsung” həmin gün Nyu-Yorkda xüsusi tədbir keçirəcək.

Galaxy S8-in ilk real görüntüsündə onun ekran altındakı mexaniki düymələrdən məhrum olduğu görünür. Displey praktiki olaraq smartfonun bütün ön hissəsini əhatə edir. Ənənəvi düymələrin yerində şirkət loqosu yer alır.

 

Smartfonda qidalanma düyməsi bir ədəddir və yan sağ tərəfdə, səs tənzimləyicisi isə solda yerləşir. Fəaliyyət üçün bütün zəruri sensorlar, dinamik yuvası və frontal kamera displey üzərində yerləşib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...