Çin bunu da etdi - GÖRÜNMƏMİŞ HADİSƏ
Texnologiya | 06.01.2017 12:57
668

Çin bunu da etdi - GÖRÜNMƏMİŞ HADİSƏ

Çinli alimlər od və suyun təsirinə davam gətirə bilən kağız ixtira ediblər.

Çin Elmlər Akademiyası nəzdində Şanxay Keramika İnstitutunun professoru Çju İnçzenin başçılıq etdiyi tədqiqatçılar qrupu odda yanmayan və suyun təsirinə davam gətirə bilən kağız yaratmağa müvəffəq olublar.

Alimlər belə hesab edir ki, bu nadir materialın dünyada analoqu yoxdur. Yeni yaradılmış qeyri-üzvi kağız kifayət qədər elastik, möhkəm struktura malikdir və ekstremal şəraitdə mexaniki zədələrə məruz qalmır.

Tədqiqatçılar yeni materialın 200 dərəcə Selsi temperatura davam gətirdiyini deyir. Kağız öz strukturu sayəsində mexaniki zədələndiyi halda belə suya hopmur. Süd, qəhvə, şirə və ya çayla təmas zamanı material üzərində heç bir iz qalmır.

Müəlliflər artıq bu ixtiraya patent almaq üçün sorğu göndəriblər.(publika.az)

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...