Azərbaycanda ən populyar axtarış sistemi hansıdır?
Texnologiya | 07.01.2017 10:34
132

Azərbaycanda ən populyar axtarış sistemi hansıdır?

Azərbaycanda istifadə olunan ən populyar axtarış sistemi məlum olub.

Brifinq.com bildirirki, İKT.lent.az-ın "Global Stats" mərkəzinin məlumatlarına əsasən verdiyi xəbərə görə, ötən ilin dekabr ayının əvvəlinə qədər ölkədə ən populyar axtarış sistemi "Google"dur. Bu sistemə Azərbaycan bazarının təxminən 94,3 faizi məxsusdur. Ötən ilin əvvəlindən Azərbaycanda "Google" istifadəçilərinin auditoriyası təxminən 2 faiz artıb.

"Yandex" axtarış sisteminin Azərbaycanın internet bazarındakı payı 2,08 faiz təşkil edir. Sonrakı yerdə reytinqdə "Mail.ru" axtarış sistemi gəlir. Onun Azərbaycandakı bazar payı 1,26 faiz təşkil edir.

"Yahoo"nun bazar payı 1,13 faiz, "Bing" axtarış sisteminin payı isə 0,68 faiz olub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...