Passiv Wi-Fi yaradıldı - VİDEO
Texnologiya | 07.01.2017 23:26
187

Passiv Wi-Fi yaradıldı - VİDEO

Smartfonda "Wi-Fi" simsiz rabitə texnologiyası akkumulyatorun şarjını çox sərf edir. Vaşinqton universitetinin alimləri tərəfindən təqdim edilmiş yeni texnologiya indikindən 10 min dəfə az enerji sərf etməklə "Wi-Fi" siqnalı yaratmağa imkan verir. Yeni texnologiya "passiv Wi-Fi" adlandırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni texnologiya rəqəmli və analoq əməliyyatların ayrılması əsasında işləyir. Məhz sonuncu yüksək enerji sərfiyyatına səbəb olur. Passiv "Wi-Fi" siqnalı translyasiya etmək üçün ayrı analoq ötürücü aparatdan istifadə edəcək. Bundan sonra siqnal aşağı güclü rəqəmli çeviricilərin köməyi ilə əks olunur və ənənəvi paketlər şəklində ötürülür.

Passiv "Wi-Fi" texnologiyasının enerji sərfiyyatı "Bluetooth LE" və ya "ZigBee" ilə müqayisədə 1000 dəfə azdır. Alimlər gələn ilin martında sözügedən texnologiyanı nümayiş etdirəcək və "USENIX" simpoziumunda yenilik barədə detalları açıqlayacaqlar.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...