Komputeri olanların DİQQƏTİNƏ - 10 illik əməliyyat sisteminin istifadəsi dayandırıldı
Texnologiya | 12.04.2017 23:14
762

Komputeri olanların DİQQƏTİNƏ - 10 illik əməliyyat sisteminin istifadəsi dayandırıldı

"Microsoft" şirkəti 10 il əvvəl istifadəyə verilmiş "WindowsVista" əməliyyat sistemini bundan sonra dəstəkləməyəcək.

"Report"un "The Verge" saytına istinadən verdiyi xəbərə görə, istifadəçilərə əməliyyat sisteminin yenilənməsinə dair heç bir bildiriş gəlməyəcək. Əvəzində onlara "Windows"un ən son versiyasından istifadə etmək təklif ediləcək.

"Kompüterlər "Vista" ilə işləməyə davam edirlər. Ancaq onların sahibləri özlərini yüksək riskə atırlar. Şirkət həmçinin "Internet Explorer 9" brauzerindən də istifadəni tövsiyə etmir", - məlumatda deyilir.

"Windows Vista" 2007-ci ilin yanvar ayında istismara verilib. "Microsoft" bu əməliyyat sistemini ambisiyalı layihə kimi təqdim etmişdi və onun üçün xüsusi olaraq "Windows Future Storage" (WinFS) fayl sistemi hazırlanmışdı.

Buna baxmayaraq, istifadəçilər "Vista" əməliyyat sistemini tənqid edirdilər. Biznes-müştərilər şirkətin bu əməliyyat sisteminin lisenziyası üçün tələb etdiyi tarifi məqbul hesab etməmişdilər. Fərdi istifadəçilər isə sistemdə lüzumsuz artıq funksiyaların olması, habelə notbukun enerjisinin tez bitməsi amillərdən narazılıq edirdilər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...