İnternetin yaradıcılarından biri də öldü
Texnologiya | 19.04.2017 01:18
963

İnternetin yaradıcılarından biri də öldü

İnternetin və müasir fərdi kompüterlərin təkmilləşdirilməsi sahəsində tanınmış simalardan olan amerikalı proqramçı Robert Vilyam Teylor ölüb.

Parkinson xəstəliyindən əziyyət çəkən 85 yaşlı Teylor San-Fransiskodakı evində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Teylor Pentaqonda İnkişaf Etmiş Tədqiqat Layihələri Agentliyində (ARPA) və NASA- nın layihələrində idarəçi kimi çalışmışdır.

Robert Teylor kompüter texnologiyaları sahəsindəki fəaliyyəti illərində 1999-ci ildə "Texnologiya və Yenilik" beynəlxalq mükafatına, 2004-cü ildə isə Milli Mühəndislik Akademiyasından "Draper" mükafatına laiq görülmüşdür.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...