Gələcək maşınlar - ZİBİLDƏN HAZIRLANACAQ
Texnologiya | 26.04.2017 01:03
467

Gələcək maşınlar - ZİBİLDƏN HAZIRLANACAQ

Nüfuzlu avtomobil şirkəti olan Ford yaxın gələcəkdə bambuk ağacından istifadə etməyə başlayacaq.

Publika.az xəbər verir ki, bambuk ağacı bəzi metal növlərindən möhkəm olduğu üçün avtomobilin müəyyən hissələrini daha dayanaqlı edəcək.

Bambukdan istifadəyə keçdikdən sonra avtomobilin plastik hissələrinə ehtiyac qalmayacaq. Bu, həm şirkət, həm də alıcılar üçün sərfəli olacaq. Bundan başqa bambuk ağacı həm istiliyə, həm də rütubətə dözümlüdür.

Ford digər təbii materiallar kimi tropik ağaclardan da istifadə etməyi planlaşdırır. Həmçinin istifadə olunmuş plastik butılkalar da yenidən sənayedən keçərək bu maşının hazırlanmasına xidmət edəcək. Bunun üçün Ford artıq 5 milyon işlənmiş butılka alıb. Atılmış cins şalvarlar, maykalar, xalça qırıqları isə doğranaraq avtomobilin yumşaq oturacaqlarında istifadə olunacaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...