Vatsapdan yenilik - smayl axtarmaq çox asanlaşacaq
Texnologiya | 04.07.2017 18:16
504

Vatsapdan yenilik - smayl axtarmaq çox asanlaşacaq

SMS proqramını tarixə qovuşduran mesajlaşma platforması Vatsap daha bir yenilik həyata keçirib.

Publika.az xəbər verir ki, bu yenilik smayllardan istifadəni çox daha asanlaşdıracaq.

İstifadəçilər smayllar bölməsinə daxil olduqda axtarış bölməsi ilə qarşılaşacaqlar. Burada istifadə etmək istədikləri smaylın növünü yazaraq ona aid olan bütün növ smaylları görəcəklər.

Məsələn, istifadəçi “əl” yazaraq əl ilə əlaqədar bütün smaylları bir arada görəcək və istədiyini seçib göndərə biləcək.

Proqram tərtibçiləri çox yaxın zamanda yeniliyin tətbiq olunacağını açıqlayıblar.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...