Xoşagəlməz qoxulara son - Yeni qurğu
Texnologiya | 10.07.2017 08:05
936

Xoşagəlməz qoxulara son - Yeni qurğu

“Panasonic” şirkətinin mütəxəssisləri “Deodorant Hanger MS” adlı qeyri-adi qurğu hazırlayıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yeni qurğu köynək və gödəkçələri doldurulmuş hissəciklərlə dezodorasiya edən asılqandır. Bu asılqanın yaradıcılarının səyi nəticəsində geyim 5 saat ərzində xoşagəlməz qoxulardan təmizlənir.

Qurğu həm ev şəbəkəsi, həm də akkumulyator vasitəsilə işləyə bilər. 7 saatlıq xüsusi rejim isə daha mürəkkəb qoxuların aradan qaldırılması üçün nəzərdə tutulub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...