Batareyasız yeni telefonlar GƏLİR - VİDEO
Texnologiya | 13.07.2017 09:08
465

Batareyasız yeni telefonlar GƏLİR - VİDEO

Brifinq.com Publika.az-a istinadən xəbər verir ki, amerikalı alimlər - “Vaşinqton” universitetinin mütəxəssisləri batareyası olmayan telefon yaradıblar. Telefon elektrik naqilindən cərəyan yığmadan daim işləyə bilir. Hələlik yalnız səsli zənglər edə bilən qurğu SMS göndərə bilmir.

Qurğunun sirri fon şüalanmasından istifadədir. İşıq və ya radio dalğalarla işləyən cihaz haqda xülasə ixtiraçıların dərc etdiyi videoçarxda öz əksini tapıb.

Qurğu yalnız “Vaşinqton” universitetinin laboratoriyasında işləyə bilir ki, burada onun fəaliyyəti üçün xüsusi baza stansiyası quraşdırılıb. Bu, hələlik yalnız prototipdir. Hansı ki, belə bir cihazın mümkün olduğunu sübut edən konsepsiyanı göstərir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...