Əfsanəvi kompüter proqramı tarixə qovuşur
Texnologiya | 25.07.2017 02:03
772

Əfsanəvi kompüter proqramı tarixə qovuşur

Nəhəng proqramlaşdırma şirkəti olan Microsoft “Paint” qrafika proqramını ləğv etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, şirkət bu il “Windows 10” yenilənmələr siyahısını tətbiq edəcək.

Bunula da 32 ildir istifadə olunan “Paint”, “Outlook Express” kimi proqramlar istifadədən çıxarılacaq.

Qeyd edək ki, “Paint” proqramı 1985-ci ildə “Windows 1.0” versiyalı proqralaşdırma ilə istifadəyə verilmişdi.

Şirkət çıxarılmış proqramın əvəzinə, “Paint 3D” proqramını tətbiq edəcək. “Paint”in təkmilləşdirilmiş versiyası olan bu proqramda istifadəçilər 3D şəkillər yarada bilir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...