Bu telefonlar gecə işləməyəcək
Texnologiya | 26.07.2017 15:11
627

Bu telefonlar gecə işləməyəcək

Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şirkət rəsmiləri “TOnem17” adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb.

Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq.

Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.

Telefonun 312 dollara satışa çıxarılacağı bildirilir. 12 yaşa qədər uşaqlar üçün telefondan saat 22:00-dan 06:00-dək avtomatik bloklanacaq. Məktəblər də daxil olmaqla, əvvəldən müəyyən edilmiş yerlərə gedərkən telefondan istifadənin məhdudlaşdırılacağı bildirilir. Hətta valideynlər gün ərzində də telefondan istifadəni məhdudlaşdıra biləcəklər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...