Çəpgözlüyü müalicə edən mobil proqram tərtib edilib
Texnologiya | 27.08.2017 19:49
191

Çəpgözlüyü müalicə edən mobil proqram tərtib edilib

Ufa alimləri çəpgözlüyü müalicə edən mobil proqram tərtib ediblər.

Tanınmış mobil proqram əsasında tərtib edilmiş bu yeni qurğu “Ay-lab” adlandırılıb.

Qurğuda lazer aləti vasitəsilə gələcəkdə yerləşdiriləcək linzalar üçün xüsusi dəliklər açılıb. Çərçivəsinin o qədər də bahalı olmayan fanerdən hazırlanması cihazın daha əlverişli qiymətə əldə olunmasına imkan verəcək.

Yeni qurğu vasitəsilə müalicənin çətin olmadığı bildirilib. Pasiyentlərdən (xüsusilə kiçik yaşlı) onlara təqdim olunan virtual oyunun bir neçə mərhələsini keçmək tələb olunacaq ki, bu da xüsusi effektlərin köməyi ilə çəpgözlüyü müalicə etməyə imkan verəcək.

Alimlər bu yeni icada tələbatın çox olacağına əmindirlər. Belə ki, bütün dünya uşaqlarının təxminən iki faizi çəpgözlükdən əziyyət çəkir. Alimlər onu da qeyd ediblər ki, eynəklər yalnız çəpgözlüyün yüngül formasını müalicə etməyə qadirdirlər.

Enter.News

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...