«Indy Guide» - ilk onlayn-səyahət platforması
Texnologiya | 10.10.2017 11:01
115

«Indy Guide» - ilk onlayn-səyahət platforması

«Indy Guide» Mərkəzi Asiya və Monqolustana aid bir ranqlı və təchizatçılarla səyahət edənləri birləşdirən ilk onlayn-səyahət platformasıdır.

Hazırda «Indy Guide» Azərbaycanı turizm sahəsində nəhəng potensialı olan ölkələr siyahısına əlavə edir. İndi yerli provayderlər turistlər üçün marketinqə hazırdırlar. Məqsəd ondan ibarətdir ki, dürüst rəylərlə yerli təchizatçıların bazarını əlçatan və daha şəffaf edərək, regionda turizmin inkişafına dəstək olunsun.

«Indy Guide» hamı üçün geniş səyahət imkanları təklif edir. Veb-saytda həmçinin 193 millət üçün gərəkli viza tələbləri haqqında məlumat, yerli ekspertlərlə sual-cavab bölməsi, səyyahların öz təcrübəsi və məsləhətlərini bölüşə biləcəkləri «kraudsors»laşdırılmış xəritə və açıq bloq təqdim olunub.

2016-cı ilin aprel ayında təsis olunmuş «Indy Guide» qısa zamanda bu regiona üz tutan səyyahlar üçün öndə gedən onlayn resursa çevrildi. Bu isə çox vaxt dünyanın bu unudulmuş və kütləvi turizm tərəfindən toxunulmamış hissəsinə səyahəti daha da asanlaşdırır. Kompaniya Londonda keçirilən dünya səyahətlər bazarında ilk beş yeni başlayan şirkətlərdən biri olaraq seçilib. Bu da Mərkəzi Asiya ölkələrinin təcrübələrini həm qonaqlar, həm «ev sahibləri» üçün transformasiya edən təşəbbüsə görə minnətdar olmağa daha bir səbəbdir. Xarici turist qəbul etmək istəyən bələdçilər bu linkə daxil olaraq turist qəbulu üçün anket qoya bilərlər: https://indy-guide.com/azerbaijan

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...